Kənan M.M müğənni ilə döyüşdə ağır zədə aldı - FOTOLAR

"Ulduzların döyüşü" telelayihəsi çərçivəsində rejissor Kənan M.M-lə müğənni Vüqar Muradov arasında keçirilən final döyüşü baş tutub. AzNews.az xəbər verir ki, dünən Bakıdakı istirahət məkanlarının birində keçirilən döyüşdə rejissor ağır zədə alıb. Bu barədə sosial şəbəkədəki profilində məlumat verən Kənan bunları yazıb:

"Mənim əzizlərim, 4 raund Vüqar qardaşla var gücümlə döyüşdüm. Beşinci raundun bitməsinə 30 saniyə qalmış çiynim iki dəfə çıxdı və hakimlər heyəti qələbəni avtomatik olaraq Vüqar qardaşa verdilər. Halal xoşun olsun, ana südü kimi. Qismət sənindi. Haqqınızı halal edin".

Qeyd edək ki, verilişin formatına uyğun olaraq sonda qalibə veriləcək 20 min manat mükafatı müğənni Vüqar Muradov qazanıb.






İntiqam Valehoğlu
AzNews.az