Azərbaycanlı model Türkiyədə seriala çəkilir

Azərbaycanlı model Günay Musayeva Türkiyədə yeni seriala çəkilir. Tolga Karellə evlənən Azərbaycanlı gözəl 2 ildən artıqdır ki, Türkiyədə yaşayır. Keçən il Türkiyənin ən məşhur seriallardan biri olan "Ezel"də epizodik rol alan model, bu il yeni bir serial üçün artıq müqavilə mərhələsindədir.

Günay serialın adını və mövzusunu deməsə də, müqavilə imzaladıqdan sonra xəbəri bütün media ilə paylaşacağını bildirib. Model bu işlərdə həyat yoldaşı Tolganın və Türkiyəyə getdiyi gündən ona doğma bacı qədər yaxın olan meneceri Sibel Bronkayanın böyük dəstək olduğunu da dilə gətirib.

Əminə
AzNews.az