“Yallı” gedən gözəllər... “Yallı” gedən gözəllər...

Dünyanın gözəlləri Novxanıda kef ediblər – FOTOSESSİYA

“Yallı” gedən gözəllər...



Hazırda Bakıda olan "Miss Civilization of The World 2012" müsabiqəsinin finalçıları Azərbaycanın ev sahibliyi edəcəyi və sentyabrın 22-də Heydər Əliyev sarayında keçiriləcək final gecəsini səbirsizliklə gözləyirlər. AzNews.az-ın məlumatına görə, Azərbaycan daxil, 24 ölkənin iştirakçıları final gecəsinə qədər məşq etməklə yanaşı, vaxtlarını da səmərəli keçirirlər.

Bu günlərdə Novxanıda yerləşən istirahət mərkəzlərinin birində əylənən finalçılar AzNews.az-ın fotokamerasına tuş gəliblər. Belə ki, gözəllər milli və xarici rəqsləriylə, müxtəlif rakurslarda çəkdirdiyi şəkillərlə maraqlı görüntülərə səbəb olublar. Maraqlı məqamlardan biri, iştirakçılar Azərbaycan xalq rəqsi "Yallı"nı oynamaqları olub. Onlar müsahibələrində milli mətbəximizin təamlarından və milli rəqslərimizdən zövq aldıqlarını söyləyiblər.

Qeyd edək ki, "Miss Civilization of The Azerbaijan 2012"nin təşkilatçısı Kamal Cenk İçtən müsabiqəylə bağlı açıqlamasında bildirib ki, iştirakçıları Azərbaycanı tanıtmaq üçün onları bölgələrə səfəri gözlənilir və səfər çərçivəsində iştirakçıları milli mətbəximizlə, adət-ənənələrimizlə daha yaxından tanış edəcək.

Fuad Mədətov
FOTO: Mahir Hüseynbəyli
AzNews.az
image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description