Faiq Ağayev: “Ar olsun dığaları “like” edənlərə” Faiq Ağayev: “Ar olsun dığaları “like” edənlərə”

Erməni dərgisini Azərbaycanda kim təbliğ edir?

Faiq Ağayev: “Ar olsun dığaları “like” edənlərə”



"Anlamadım... hansı azərbaycanlı bunu "like" edə bilər ki??? Fərqindəmisiniz, nəyi bəyənirsiniz?!! Ar olsun dığaların jurnalını "like" edənlərə!!!"

AzNews.az-a xəbər verir ki, bu fikirləri Xalq artisti Faiq Ağayev "facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb. O, Ermənistanda nəşr olunan "Yerevan" jurnalını bəyənən azərbaycanlı "facebook" istifadəçilərini tənqid edib.

"Fikrimi Azərbaycan vətəndaşı və Xalq artisti kimi bildirmək qazanılmış ixtiyarımdır"- F.Ağayev qeyd edib.

Qeyd edək ki, "facebook"dakı mübahisəyə Azərbaycanın bir çox tanınmış simaları qoşulub və F.Ağayev özü də sosial şəbəkədəki dostlarını bu məsələyə biganə qalmamağa çağırıb.

Fuad Mədətov
AzNews.az