ANS-in keçmiş aparıcısı Gülnarə Məmmədovanın Türkiyədə toyu olub. ANS-in keçmiş aparıcısı Gülnarə Məmmədovanın Türkiyədə toyu olub.

Gülnarə Məmmədovanın Türkiyədəki toyundan - Fotolar

ANS-in keçmiş aparıcısı Gülnarə Məmmədovanın Türkiyədə toyu olub.

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyədə yaşayan G.Məmmədova Özgür adlı iş adamı ilə ailə qurur.

Cütlüyün nişanı və Bakıdakı birinci toyu bu yay olmuşdu.

Keçmiş aparıcı həyat yoldaşı ilə bağlı bunları demişdi:

"Əslində dost idik. Dörd ay öncə mənə evlilik təklifi etdi. Bir az düşünüb qərar verdim. Sonra Bakıya elçi gəldilər və ailələrimiz də bir-birini çox bəyəndi. Dünən də burada dəniz kənarında açıq havada gözəl nişan mərasimi oldu. Bu ilin payızında da toyumuz olacaq. Bakıda da milli adət-ənənəmizlə xına gecəsi edəcəyəm. Hər zaman arzu etmişəm ki, gözəl ailəm və Allah qismət etsə, bir övladım olsun".

Qeyd edək ki, Gülnarə Məmmədova ANS-də "Kamerton", "Xonça" kimi verilişlərin aparıcısı olub.