Milli Məclisin bu gün keçirilən iclasında "Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə, zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Milli Məclisin bu gün keçirilən iclasında "Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə, zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

Cinayət Məcəlləsi dəyişdirildi

Milli Məclisin bu gün keçirilən iclasında "Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə, zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.


Bununla bağlı Cinayət Məcəlləsinin 240.3.2-ci və 240-cı maddələrinə dəyişiklik edilib.

Belə ki, Məcəllənin 240.3.2-ci maddəyə edilən əlavə və dəyişikliyə əsasən, güclü təsir edən maddələrə münasibətdə satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satmaya görə, 4 ildən 8 ilə qədər azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Modern.az