İsrailin keçmiş Prezidenti və parlamentin sabiq spikeri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Dalia İtzik Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. İsrailin keçmiş Prezidenti və parlamentin sabiq spikeri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Dalia İtzik Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

İsrailin sabiq Prezidentində İlham Əliyevə - Dəstək məktubu

İsrailin keçmiş Prezidenti və parlamentin sabiq spikeri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Dalia İtzik Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.


AzNews.az xəbər verir ki, məktubda deyilir:

"Bu ağır günlərdə dəstəyimizi ifadə etmək və xalqlarımız arasında güclü dostluğu vurğulamaq üçün sizə yazmağı vacib bildim.

Son günlərin hadisələri zamanı insan itkisi ilə əlaqədar dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa tapmağı arzu edirəm.

Təəssüflə deməliyəm ki, mənim xalqım da münaqişənin və onun nəticələrinin nə olduğunu yaxşı bilir. İllər ərzində xalqlarımız əsgərlərimizin və mülki vətəndaşlarımızın canı bahasına böyük problemləri həll etməyi öyrəniblər.

İndi Sizin gözəl ölkəniz yeni çağırışla üzləşib. Lakin təcrübəmiz bizə inanmağı və heç vaxt qorxmamağı öyrədib. Şübhə etmirəm ki, Siz güclü rəhbərliyiniz və müdrikliyiniz ilə xalqınızı hamı üçün sülh və əmin-amanlıq illəri təmin edəcək düzgün yolla aparacaqsınız.

İcazə verin, bir daha əsl dost kimi həqiqi dəstəyimizi və fikirlərimizi ifadə edim".