“Rusiyanın baş naziri Dmitri Medvedevin Bakıya səfərinin arxasında Dağlıq Qarabağ məsələsi dayanır”. “Rusiyanın baş naziri Dmitri Medvedevin Bakıya səfərinin arxasında Dağlıq Qarabağ məsələsi dayanır”.

“Ermənistan 5 rayonu qaytarmaq istəyir...” - Medvedevin Bakı səfərinin pərdəarxası

“Rusiyanın baş naziri Dmitri Medvedevin Bakıya səfərinin arxasında Dağlıq Qarabağ məsələsi dayanır”.


Bunu AzNews.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib. Onun sözlərinə görə, Azərbaycan tərəfi Ermənistanın işğalı altında olan 7 rayonun qaytarılmasına israr edir: "Ermənistan isə 5+2 variantına üstünlük verir. Yəni, işğal etdiyi 5 rayonu qaytarır, iki rayonun isə qaytarılması üçün Dağlıq Qarabağın statusunun o vaxta kimi tanınmasını israr edir. Amma Azərbaycan birmənalı olaraq torpaqlarının işğaldan azad edilməsi, ərazi bütövlüyünün təmin edilməsini ortaya qoyur".

Q.Hüseynli bu məsələdə Rusiyanın ikibaşlı oyun oynamasını vurğulayır: "Danışıqlar prosesi sübut edir ki, Azərbaycan öz mövqeyindən çıxış edir. Nəticə nə olacaq onu zaman deyəcək".

Qeyd edək ki, bu gün Rusiyanın baş naziri Dmitri Medvedevin Bakıya səfəri gözlənilir. O, səfərdə Azərbaycan prezidenti İlham Əliyev və Baş nazir Artur Rasi-zadə ilə görüşəcək.

Bahar RÜSTƏMLİ
AzNews.az