Prezident İlham Əliyev Azərbaycanda "Sahibkarlar Günü"nün təsis edilməsi haqqında sərəncam imzalayıb. Prezident İlham Əliyev Azərbaycanda "Sahibkarlar Günü"nün təsis edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycanda “Sahibkarlar Günü“ təsis edildi

Prezident İlham Əliyev Azərbaycanda "Sahibkarlar Günü"nün təsis edilməsi haqqında sərəncam imzalayıb.


AzNews.az xəbər verir ki, sərəncamda qeyd olunur:

Ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, cəmiyyətdə sahibkarlığa dəstək əhvali-ruhiyyəsinin artırılmasına təkan vermək məqsədilə hər il aprelin 25-i Azərbaycan Respublikasında "Sahibkarlar Günü" kimi qeyd edilsin.