- Köhnə - Siyasət
- 8 İyun 2016 14:39
- 7 415
Milli Məclisin növbədənkənar iclası keçiriləcək (Yenilənib)
Milli Məclisin (MM) növbədənkənar xüsusi sessiyasının ilk plenar iclası iyunun 14-də keçiriləcək.
Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. İclasın gündəliyi hələlik müəyyənləşməyib.
Qeyd edək ki, Milli Məclisin yaz sessiyasından sonra növbədənkənar xüsusi sessiyası çağırılıb. Belə ki, 76 nəfər deputatın müraciəti ilə növbədənkənar sessiya çağırılıb. Növbədənkənar sessiya çərçivəsində komitə iclasları və iki plenar iclas keçirilməsi nəzərdə tutulub.
Parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır. Növbədənkənar sessiyanın gündəliyini isə müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir.
Azvision.az
11:30
***
Azərbaycan Milli Məclisinin növbədənkənar xüsusi sessiyasının iyunun 14-də keçiriləcək plenar iclasının gündəliyi məlum olub.
Parlamentdən verilən məlumata görə, gündəlikdə 28 məsələ var.
Azərbaycanın bir sıra ölkələrlə imzaladığı sazişlərin təsdiqi, "Kənd təsərrüfatı kooperasiyası haqqında" və "Elm haqqında" qanun layihələri, "Hərbi xidmət və hərbi vəzifə haqqında" qanuna magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququnun verilməsi nəzərdə tutan dəyişiklik, "Hərbi qulluqçuların statusu haqqında" qanuna dəyişiklik, Miqrasiya, Vergi, İnzibati Xətalar, Mülki Prosessual məcəllələrinə, o cümlədən bir sıra qanunlara dəyişikliklər gündəliyə daxil edilib.
APA.az