Baba Tağıyev : “Bu isə nə İsraildəki hakim rejimə, nə də guya bölgədə İsrailin varlığını qəbul etməyən İran rejiminə sərf edir” Baba Tağıyev : “Bu isə nə İsraildəki hakim rejimə, nə də guya bölgədə İsrailin varlığını qəbul etməyən İran rejiminə sərf edir”

“Suriya Misirdən sonra İsrail üçün “başağrısına” çevriləcək”

Baba Tağıyev : “Bu isə nə İsraildəki hakim rejimə, nə də guya bölgədə İsrailin varlığını qəbul etməyən İran rejiminə sərf edir”




Son günlər Qəzza bölgəsində baş verən qanlı hadisələr dünya gündəminin əsas mövzusuna çevrilib. Dünyanın diqqətinin Suriya ətrafında cərəyan edən hadisələrdə olduğu bir vaxtda İsraillə Fələstin arasında gərginliyin pik həddə çatmasının arxasında hansı səbəblər dayanır?

"İrəli Azərbaycan" İctimai Birliyinin sədri, sabiq millət vəkili Baba Tağıyev hesab edir ki, bölgədə vəziyyətin gərginləşməsinin başlıca səbəbi dünyanın diqqətini Suriyadan yayındırmaqdır: "Məlumdur ki, hazırda Suriyada vəziyyət həlledici mərhələyə qədəm qoyur. Artıq xaricdəki Suriya müxalifəti birlik qərarı qəbul etdikdən sonra dünyanın aparıcı dövlətləri onları Suriyanın qanuni təmsilçisi kimi tanıdılar. Həmçinin, Azad Suriya Ordusu son günlər mühüm irəliləyişlər əldə edib. Bu isə o deməkdir ki, bölgədə Misirdən sonra İsrail üçün "başağrısına" çevriləcək daha bir dövlət ortaya çıxacaq. Bu isə nə İsraildəki hakim rejimə, nə də guya bölgədə İsrailin varlığını qəbul etməyən İran rejiminə sərf edir. Ona görə də, onlar müştərək şəkildə bölgədə vəziyyəti mürəkkəbləşdirərək, dünyanın diqqətini Suriyanın üzərindən yayındırmağa çalışırlar".

B.Tağıyev hesab edir ki, indiki İsrail hakimiyyəti də vəziyyətin gərginləşməsində maraqlıdır: "Qarşıdan seçkilər gəlir, indi hakimiyyətdə olan siyasi qüvvənin isə nüfuzu xeyli aşağı düşüb. Müharibə hər zaman nüfuzu düşən iqtidarların əlində bir silahdır. Onlar bununla daxildə ictimai rəyi öz xeyirlərinə dəyişməyə çalışırlar".

Üçüncü səbəb kimi, sabiq millət vəkili Fələstinin müstəqilliyinin tanınması ilə bağlı BMT səviyyəsində gözlənilən müzakirəni göstərir: "İsrailin son fəallığını həm də burada axtarmaq lazımdır. Çünki artıq 7-dən artıq dövlət BMT-də Fələstinin məsələsinin müzakirəsi zamanı bu ölkəni tanıyacağını bəyan edib. İsrailin son aqressiyası həm də bu tarixi hadisənin qarşısını almağa yönəlib".

AzNews.az