NATO-nun Varşavadakı zirvə toplantısı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel bir araya gəlib. 2 dövlət başçısının danışıqlarında “İncirlik” hərbi bazası və “Erməni soyqırımı”nın tanınması məsələləri başlıca mövzular olub. NATO-nun Varşavadakı zirvə toplantısı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel bir araya gəlib. 2 dövlət başçısının danışıqlarında “İncirlik” hərbi bazası və “Erməni soyqırımı”nın tanınması məsələləri başlıca mövzular olub.

Ərdoğandan Merkelə atmaca: “Əlləriniz soyuqdur...”

NATO-nun Varşavadakı zirvə toplantısı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel bir araya gəlib. 2 dövlət başçısının danışıqlarında “İncirlik” hərbi bazası və “Erməni soyqırımı”nın tanınması məsələləri başlıca mövzular olub.


AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Merkel alman deputatların "İncirlik"də alman hərbi ittifaqını ziyarət etmələrinə icazə verilməməsindən duyduğu narahatlığı ifadə edib: "Alman ordusu Federal Məclisin ordusudur. Bu səbəbdən müdafiə komissiyasını təşkil edən deputatların "İncirlik" bazasını ziyarət etmək tələbləri kifayət qədər normaldır və onların demokratik haqlarıdır".

Ərdoğan isə almaniyalı siyasilərin "İncirlik" səfərini şouya çevirmək istəklərindən narahatlıqlıq duyduğunu bildirib. O, sözü Almaniya Parlamentinin iyunun 2-də qəbul etdiyi "Erməni soyqırımı" ilə bağlı qərarına gətirib.

Bu zaman Merkellə Ərdoğan arasında yaşanan qısa dialoq da diqqət çəkib:

Ərdoğan: Çöldə idiniz?
Merkel: Niyə soruşdunuz ki?
Ərdoğan: Əlləriniz soyuqdur...
Merkel: Günahkar kondisionerdir.

Almaniyanın "Süddeutsche Zeitung" qəzeti isə sözügedən dialoqu görüşün soyuq keçməsinə işarə kimi şərh edib.

Aydan AXUNDOVA
AzNews.az