Medvedyev Putini əvəzləyəcəyini istisna etmədi

"Hesab etmək lazım deyil ki, səni əbədi seçiblər. Rusiyanın sabiq prezidenti yenidən prezident olma ehtimalından danışıb. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Medvedyev yenidən prezidentliyə namizədliyini irəli sürə biləcəyini istisna etməyib.

"Əgər lazımi gücüm, sağlamlığım olarsa və xalq məni dəstəkləyərsə, niyə də olmasın. Ancaq bu sıra məsələlərdən asılıdır". Bəs Putini Baş nazir təyin edərdinizmi sualına isə Medvedyev konkret cavab verməkdən çəkinib və daha çox Baş nazir kimi fəaliyyətindən danışıb: "Başqası prezident olsaydı, çətin ki, Baş nazir olmağa razılıq verərdim. Mən özüm ümumiyyətlə bunu təsəvvür etmirəm. Mənə Baş nazir kimi yalnız prezident Putinlə işləmək xoşdur". Jurnalistin "Kreml üçün darıxırsınızmı" sualına Medvedyev bu işin daha məsuliyyətli olduğunu deyib.

"Kreml çətin yerdir. Bilirsiniz Kreml Rusiyanın ürəyidir və çox gözəl məkandır. Ancaq mən Kremli gözəl arxitekturası olan bina kimi xarakterizə edə bilmirəm. Mən orada sərasər 4 il işləmişəm və deyə bilərəm ki, çox düzgün və şəffaf işləmişəm. Heç bir yerə çox alışmaq lazım deyil və hesab etmək lazım deyil ki, səni əbədi seçiblər".

Sadiq Musa
AzNews.az