“Mosfilm” kino mərkəzinin baş direktoru Karen Şahnazarov maraqlı açıqlama ilə çıxış edib “Mosfilm” kino mərkəzinin baş direktoru Karen Şahnazarov maraqlı açıqlama ilə çıxış edib

Erməni rejissor: “Ermənistanın Rusiyasız mövcud olma şansı yoxdur”

“Mosfilm” kino mərkəzinin baş direktoru Karen Şahnazarov maraqlı açıqlama ilə çıxış edib


"Ermənistanın Rusiyasız mövcud olma şansı yoxdur". Bunu Rusiyada yaşayan erməni kinorejissor, ssenarist, "Mosfilm" kino mərkəzinin baş direktoru Karen Şahnazarov bildirib.

Onun sözlərinə görə, Ermənistan və Rusiya eyni dövlətin, yaxud ittifaqın tərkibində birləşməlidir. İrəvanda keçirdiyi mətbuat konfransında o, bu ölkələri "vahid ölkə" adlandıraraq "Ermənistanın Rusiyadan ayrı mövcud olmaq şansı yoxdur. Rusiyanın belə bir şansı var, ancaq bu da o qədər yaxşı deyil" deyə vurğulayıb.

Kinorejissorun sözlərinə görə, ermənilər və ruslar bir-birlərini sevməsələr də, həyat onları birlikdə olmağa məcbur edir.

Elnarə Əlosmanqızı
AzNews.az