Yaponiya Cənubi Koreyadakı fövqaladə və səlahiyyətli səfiri Yasumasu Naqamineni geri çağırıb. Yaponiya Cənubi Koreyadakı fövqaladə və səlahiyyətli səfiri Yasumasu Naqamineni geri çağırıb.

Yaponiya Cənubi Koreyadakı səfirini geri çağırdı - Siyasi qalmaqal

Yaponiya Cənubi Koreyadakı fövqaladə və səlahiyyətli səfiri Yasumasu Naqamineni geri çağırıb.

AzNews.az xəbər verir ki, Yaponiya hakimiyyətinin belə bir addım atmasına səbəb Yaponiyanın Pusandakı baş konsulluğu yaxınlığında XX əsrin birinci yarısında, yaponların ölkəyə hücumu zamanı cinsi təcavüzə məruz qalmış qadınların xatirəsinə abidə ucaldılmasıdır. Tokiyoda Nazirlər Kabinetinin baş katibi Yosixide Suqa bəyan edib ki, belə bir addım atılması iki ölkə arasındakı münasibətlərinə kəskin təsir göstərəcək.

Cənubi Koreya Respublikası Yaponiyanın bu qərarını təəssüflə qarşılayıb. Belə bir bəyanatla Rəsmi Seul çıxış edib.

XX əsrin birinci yarısında, yaponların ölkəyə hücumu zamanı cinsi təcavüzə məruz qalmış qadınların xatirəsinə yaradılmış abidə 28 dekabrda ucaldılsa da, 30 dekabr tarixində Yaponiyanın kəskin narazılığı səbəbindən endilirmişdi. Amma koreyalı fəallarının etiraz aksiyaları nəticəsində abidə yenidən Yaponiya səfirliyi yaxınlığında ucaldılıb.