Elçibəyin qardaşı: “O, belə məktub yazmayıb”



Eks-prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev mətbuatda eks-prezidentin Dövlət Təhlükəsizlik Komitəsinə (DTK) məktub yazması ilə əlaqədar gedən yazılanlarla bağlı AzNews.az-a açıqlama verib. O, qeyd edib ki, Elçibəy belə məktub yazmayıb:

"Bütün proseslərin iştirakçısı olmuşam. Yazılanlar hamısı uydurmadır. O, heç vaxt belə məktub yazmayıb. Deyim ki, Elçibəyin ətrafında bir neçə agent var idi. Bu da DTK-nın güclü işləməsindən xəbər verirdi".

A.Əliyev vurğulayıb ki, bu məsələlərdə Səlimzadə Elçibəyə çox kömək edib: "Bütün olanların şahidi olmuşam. Səlimzadə Elçibəyə həmişə dayaq dururdu".

İlkin
AzNews.az