Əli Əliyev: “VİP olaraq Məşvərət Məclisinin perspektivini görmürük” Əli Əliyev: “VİP olaraq Məşvərət Məclisinin perspektivini görmürük”

VİP-lə ALP yollarını niyə ayırıb?

Əli Əliyev: “VİP olaraq Məşvərət Məclisinin perspektivini görmürük”



Əvəz Temirxan: "Yəqin, onlar bu qurumun gələcəyini belə görürlər"


Vətəndaş və İnkişaf Partiyası (VİP) və Azərbaycan Liberal Partiyası (ALP) bir zamanlar sıx əməkdaşlıq edirdilər. Demokratik Qüvvələrin Məşvərət Məclisi (DQMM) yarandıqdan sonra isə bu iki partiyanın əməkdaşlığına son qoyuldu. Səbəb kimi partiyalardan birinin - ALP-in DQMM-də təmsil olunması göstərilir. Bunu VİP-in sədri Əli Əliyev də mətbuata açıqlamasında təsdiqləyib. O deyib ki, ALP Məşvərət Məclisində təmsil olunduğuna görə biz həmin partiya ilə yollarımızı ayırdıq:

"VİP olaraq Məşvərət Məclisinin perspektivini görmürük. ALP rəhbərliyi bu məsələdə fərqli düşünə bilər".

ALP sədri Əvəz Temirxan isə AzNews.az-a açıqlamasında deyib ki, hər bir partiya verdiyi qərarlarda müstəqildir:

"Ola bilsin, VİP konkret olaraq hədəflərini müəyyən edib. Həmçinin, o partiya Ədalət Partiyası ilə blok yaradır. Biz, bu məsələlərdə VİP-ə uğurlar arzulayırıq".

ALP sədri Əli Əliyevin Məşvərət Məclisini perspektivsiz bir qurum adlandırmasına da münasibət bildirib: "Belə düşünmək onların daxili işidir. Yəqin, onlar bu qurumun gələcəyini belə görürlər".

İlkin
AzNews.az