Milli Məclis “Daş Yuxular”ı müzakirə edir - SON DƏQIQƏ

Əkrəm Əylislinin "Daş yuxular" əsəri Milli Məclisdə müzakirə edilib. AzNews.az-ın məlumatına görə, bu haqda məsələni deputat Musa Quliyev qaldırıb. O deyib ki, xalq yazıçısı bu əsəri ilə Azərbaaycan xalqını aşağılayıb və təhqir edib.

"Deputat Əkrəm Əylislidən xalq yazıçısı adının geri alınmasını və bu məsələnin parlamentdə müzakirə olunmasını təklif edirəm".

YAP icra katibi Əli Əhmədov da Musa Quliyevin təklifini dəstəkləyib. Bildirib ki, Əkrəm Əylissli ermənilərin edə bilmədiyini edib, Azərbaycan-Ermənistan münaqişəsində ermənilər üçün sanki ideoloji baza yaradıb.

Deputat bildirib ki, xalq yazıçısı bu əsəri ilə Azərbaycaanın milli maraqlarına zərbə vurub. Əli Əhmədov Əkrəm Əylisilinin xalq yazıçısı adının daşımasına məməvi haqqı olmadığını deyib: "Mən hesab edirəm ki, istiqlal ordeni kimi şərəffli adı da belə bir şəxs daşıya bilməz".

Qənirə Paşayeva da yazıçını sərt tənqid edib. Deputat onun yazdıqlarını Azərbaycana zərbə hesab edir.

İlkin
AzNews.az