- Köhnə - Siyasət
- 6 Aprel 2017 18:38
- 3 371
Moskva məhkəməsi erməni terrorçunun həbs müddətini uzatdı

Moskva şəhər məhkəməsi erməni terrorçu Aram Petrosyanın həbs müddətinin aprelin sonunadək uzadılmasını qanuni hesab edib.
AzNews.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə həbsdə olan terrorçunun vəkili Stanislav Maltsev məlumat verib.
Aram Petrosyan terrorizmdə və girov götürməkdə təqsirli bilinir. O, 2016-cı ilin avqustunda “Sitibank”ın Moskvanın mərkəzindəki filialında insanları girov götürərək, filialı partlatmaqla hədələmişdi. Sonradan hüquq-mühafizə orqanlarına təslim olan Petrosyan biznesinin müflisləşməsi məsələsinə diqqəti cəlb etmək istədiyini bildirmişdi. Hazırda istintaq onunla bağlı psixoloji və psixiatrik ekspertizanın cavabını gözləyir. Bundan sonra Petrosyana qarşı ittiham irəli sürüləcək.