“Rusiya Qarabağla bağlı ciddi dəyişiklik etmək fikrindədir” - Politoloq

“Ermənistan qədər Kremlə müqavimət göstərən dövlət yoxdur”.

Azadinform xəbər verir ki, bunu politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, bunlar hamısı Qarabağla bağlıdır: "Ermənilər Qarabağa görə uydurma erməni soyqırımından vaz keçməyə hazırdır". O əlavə edib ki, Ermənistan prezidenti çalışır ki, 10 ay ərzində baş nazir Karen Karapetyanı uzaqlaşdırsın və özünə loyal insanı bu vəzifəyə gətirsin. Politoloq əlavə edib ki, Rusiya yaxın vaxtlarda Qarabağla bağlı ciddi dəyişiklik etmək fikrindədir.

Politoloq xatırladıb ki, PA rəsmisi Novruz Məmmədov açıqlama verdi ki, Azərbaycan və Rusiya birgə təzyiq etsə də, Ermənistan mövqeyinə dəyişmir: "Bu Azərbaycan tərəfindən verilən ilk belə bəyanat idi".

M. Əhmədoğlu hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həlledici addımın vaxtıdır: "Normal sakit geosiyasi vəziyyətdə münaqişə həll edilə bilməz. Yalnız regional və geosiyasi vəziyyət gərginləşdikdə bu mümkün ola bilər".

AzNews.az