SÖYÜN SADIXOV: “PARTİYAMDA ERMƏNİLƏR DƏ TƏMSIL OLUNACAQ” SÖYÜN SADIXOV: “PARTİYAMDA ERMƏNİLƏR DƏ TƏMSIL OLUNACAQ”

“Hansı məmur qanunları pozsa, onu tənqid edəcəyik”

SÖYÜN SADIXOV: “PARTİYAMDA ERMƏNİLƏR DƏ TƏMSIL OLUNACAQ”




Rusiya prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi, Rusiya Azərbaycanlıları Federal Milli Muxtariyyətinin ("AzerRos") keçmiş prezidenti, hazırda Vahid Rusiya Milli Partiyasını yaratmaqla məşğul olan Söyün Sadıqov politoloq İqor Kazakova müsahibə verib.
Lent.az-ın "modus-agendi.org" saytına istinadən verdiyi məlumata görə, Söyün Sadıqov müsahibəsində bildirib ki, "AzerRos"-la əlaqəsi qalır, bunun üçün həmin qurumun rəhbəri olmasına ehtiyacı yoxdur.
Söyün Sadıxov onu da deyib ki, "AzerRos"la əlaqələri qalacaq, yeni rəhbərliyə dəstək verəcək və öz köməyimi əsirgəməyəcək. O, "AzerRos"un Ağsaqqallar Şurasının sədri seçilən baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun Azərbaycan və Rusiya cəmiyyətində hörmətli adam, böyük dövlət xadimi olduğunu söyləyib: "Mən getməyə hazırlaşanda məsləhət gördüm ki, Abbas Abbasov "AzerRos"a rəhbərlik etsin".
Abbas Abbasovun imkanlı adam olduğunu söyləyən Söyün Sadıxov qeyd edib ki, Abbas Abbasov da "AzerRos"u maliyyələşdirir və maliyyələşdirəcək.

Söyün Sadıqov Vahid Rusiya Milli Partiyasını yaratmaq təşəbbüsünün də ona məxsus olduğunu vurğulayıb:

"Hələ 2 il əvvəl partiyanın yaradılmasını təklif etmişdim. Ancaq o zaman partiya yaratmaq mürəkkəb məsələ idi. Ancaq yeni qanun qəbul ediləndən sonra partiyanın qeydiyyatı proseduru daha sadə oldu. Keçən il partiyanın Təşkilat Komitəsini yaratdıq. Fevralın 11-də (bu gün-red) Təşkilat Komitəsinin sonuncu iclası keçiriləcək və təsis qurultayı ilə bağlı qərar veriləcək. Qurultay fevral, yaxud mart ayında keçiriləcək. Partiyamız Rusiyanın hazırkı hakimiyyətinə qarşı müxalif mövqedə olmayacaq. Ancaq hansısa məmur və yaxud onların ətrafı qanunları pozsa, biz onları tənqid edəcəyik".

Söyün Sadıxov partiyasında ermənilərin də təmsil olunacağını da açıqlayıb:

"Partiyamızda bütün millətlərin nümayəndələri toplanacaq. Əksəriyyəti ruslar olacaq. O cümlədən tatarlar, azərbaycanlılar, ermənilər və gürcülər də təmsil olunacaqlar".

"AzerRos"un Rusiyada miqrantlara qarşı keçirilən "Rus marşı" aksiyalarına dəstək verib-verməyəcəyi ilə bağlı sualı cavablandırarkən Söyün Sadıxov sensasion etiraf edib:

"Rusiyada miqrantlara qarşı keçirilən "Rus marşı" aksiyalarında şəxsən iştirak etmişəm. Mən dəyirmi masaların birində Dmitri Roqozinə təklif etmişəm ki, milli azlıqlar da "Rus marşı"nda iştirak etsin. Ancaq həmin vaxt bunu gerçəkləşdirmək mümkün olmadı".


Söyün Sadıxov müsahibəsində Azərbaycan hakimiyyətinin ünvanına da tənqid səsləndirib, payızda keçirilən prezident seçkilərinin mürəkkəb olacağını iddia edib.

AzNews.az