Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İngiltərənin Xarici İşlər Naziri Boris Consonun birgə mətbuat konfransı son illərin ən qəribə görüşü olaraq qeyd edilib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İngiltərənin Xarici İşlər Naziri Boris Consonun birgə mətbuat konfransı son illərin ən qəribə görüşü olaraq qeyd edilib.

İngiltərə və Rusiya arasında soyuq küləklər - “Suladıq, doyurduq və göndərdik”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İngiltərənin Xarici İşlər Naziri Boris Consonun birgə mətbuat konfransı son illərin ən qəribə görüşü olaraq qeyd edilib.

Conson ilə Lavrov kameralar önündə bir-birinə söz atıb

İki ölkə arasındakı əlaqələrin son dərəcə aşağı səviyyədə olduğunu qəbul edən Lavrov, "Bizim qərb ölkələrindəki siyasi proseslərə və seçkilərə müdaxilə etdiyimiz barədə məlumatlar var. Amma, heç kim bunu sübut etmə zərurəti görmür. Bir az əvvəl Boris, (bu arada mən ona artıq Boris deyil, Rus dilindəki kimi Baris deyəcəyəm) AB-dən ayrılma referendumunda bizim rolumuzun olmadığını qəbul etdi" deyib.

“Lavrov sözlərimdə səhv tutur”

Bu sözlərdən sonra Lavrovun sözünü kəsən Conson, "Hörmətli Lavrov Rus müdaxiləsi mövzusunda söylədiklərimi səhv başa düşüb. Mən İngiltərədəki referenduma müdaxilə etmədiniz demədim. Müdaxiləniz uğurlu olmadı dedim. Sözlərimi xaiş edirəm səhv başa düşməyin" deyib, bundan sonra isə mətbuat konfransının gedişatı dəyişib və qarşılıqlı biri-birinə söz atmalar başlayıb.

“Etibarını itirməkdən qorxur”

Bu sözlərdən sonra Lavrov gülür, "İndi də özü mənə etiraz etməməsi vəziyyətində İnqilis mediyası qarşısında etibarını itirməkdən qorxur" deyib.

“Nə var, nə yox hamısını ona təslim etdim”

Boris Conson, "Mən heyətimlə Rusiya Xarici İşlər Nazirliyinə Lavrov ilə görüşmək üçün gələndə paltomu çıxardıb ciblərində nə var, nə yox hamısını onun özünə təslim etdim. Paltomun etibarlı əllərdə olduğunu düşünərək..." sözünü ortaya atıb.

İki nazirdən şok sözlər

Lavrov isə, "Paltonun cibində onsuzda heç birşey yox idi. Mənə güvənərək paltonuzu təslim etdiyinizi şişirdirsiniz" qarşlıqlı cavabını verib. Bir müddət cavab vermədən sakitcə gülümsəyən Conson, "Demək ki, yenə də paltomun ciblərini yoxlamısınız" deyib.

Zaxarova: Suladıq, doyurduq və göndərdik

Mübahisəyə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova da daxil olub. Rusiya televiziyasında iştirak etdiyi verilişdə "İnqilis nazirinin ziyarəti səmərəli oldumu?" sualına Zaxarova, "Nə deyə bilərəm! İngiltərədən gələnlərin hamısı gizli xidmət edənlərdir. Onları suladıq, doyurduq və ölkələrinə yola saldıq" deyərək mövzunu alovlandırıb.

AzNews.az