“Saakaşvilinin dediyi təhlükə realdır”

Gürcüstan prezidenti Mixail Saakaşvili Bakı səfərindən sonra jurnalistlərə açıqlamasında Gürcüstan və Azərbaycanın Rusiyadan gələn real qeyri-sabitlik təhlükəsi ilə üz-üzə olduğunu qeyd edib. M.Saakaşvili vurğulayıb ki, Gürcüstanda baş verənləri Azərbaycanda da həyata keçirmək istəyirlər. Onlar böyük pullar hesabına hakimiyyət dəyişikliyinə nail olmağa hazırlaşırlar.

Gürcüstan prezidenti Mixail Saakaşvilinin açıqlamaları ilə bağlı Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə "Qafqazinfo"ya bunları şərh edib.
Onun sözlərinə görə, əslində Saakaşvilinin dediklərində həqiqət var: "TANAP layihəsindən sonra Azərbaycana təzyiqlər artdı. Rusiya öz müttəfiqləri ilə birgə hər zaman çalışır ki, Azərbaycanla Gürcüstanın inkişafının qarşısını alsın. Biz də bunları bildiyimizdən dolayı təhlükəsizliyimizin qarşısının almağa daim hazır olmalıyıq".