Həsən Kərimov: “Əli Kərimli iddialıdır və daha çox şansı olan namizəddir, buna görə də seçkilərə qatılacağıq” Həsən Kərimov: “Əli Kərimli iddialıdır və daha çox şansı olan namizəddir, buna görə də seçkilərə qatılacağıq”

AXCP seçkilərə qatılacağını bəyan etdi

Həsən Kərimov: “Əli Kərimli iddialıdır və daha çox şansı olan namizəddir, buna görə də seçkilərə qatılacağıq”



"Əli Kərimli nəyə görə seçkilərdən kənarda qalmalıdır? AXCP prezident seçkilərinə qatıla bilər, lakin hələlik partiya ölkədə demokratik mühitin formalaşdırılması istiqamətində fəaliyyət göstərir".

Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Həsən Kərimov deyib.

H. Kərimov bildirib ki, əsas məqsədləri seçki dairələrində, məntəqələrində müxalifət nümayəndələrinin iştirakının, söz və mətbuat, seçkiöncəsi sərbəst toplaşma azadlığının təmin edilməsidir: "Eyni zamanda müxalifətin daha geniş inteqrasiyasına nail olmaq istəyirik. Bu məsələlər həll olunandan sonra AXCP namizəd məsələsini müzakirə edəcək. Təbii ki, AXCP lideri də seçkiyə iddialıdır və daha çox şansı olan namizəddir. Ona görə də biz seçkilərə qatılacağıq. Sosial şəbəkələrdə aparılan sorğunun nəticələrinə və partiyanın gücünə görə də ən güclü namizəd Əli Kərimlidir. AXCP sədri nə görə seçkilərdən geri qalmalıdır?"

AzNews.az