Prezidentlərin üçtərəfli Zirvə görüşü olacaq

Suriya məsələsi üzrə üçtərəfli sammit 4 aprel tarixində Ankarada, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, Rusiya Federasiyasının prezidenti Vladimir Putinin və İran prezidenti Həsən Ruhaninin iştirakı ilə keçiriləcək.

AzNews.az xəbər verir ki, Prezidentin Mətbuat Xidmətindən verilən məlumata görə, Türkiyə-Rusiya Üst Səviyyə Əməkdaşlıq Şurasının yeddinci iclası, Ərdoğan və Putinin rəhbərliyi ilə nazirlərin də iştirakı ilə baş tututan görüş isə 3 apreldə Ankarada keçiriləcək. Toplantıda Türkiyə-Rusiya ikitərəfli əlaqələri bütün istiqamətləriylə əhatəli şəkildə müzakirə olunacaq. Onlar regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparacaqlar. Putinin səfəri ilə eyni gündə Akkuyu Nüvə Santralının təməl qoyma mərasimi keçiriləcək.

Digər tərəfdən Suriya mövzusunda üçtərəfli zirvə görüşü Ərdoğan, Putin və Ruhaninin iştirakı ilə 4 aprel, çərşənbə günü Ankarada olacaq. Zirvə görüşü çərçivəsində Ərdoğan ilə Ruhani arasında ikitərəfli danışıqlar da nəzərdə tutulur. Müzakirələrdə ikitərəfli əlaqələr, həmçinin regional və beynəlxalq məsələlər də müzakirə olunacaq.