“Bu işlərdən hökumətə nə dəxli var, özləri işləyib pul qazanırlar” “Bu işlərdən hökumətə nə dəxli var, özləri işləyib pul qazanırlar”

İqbal Ağazadə hesabatı tənqid etdi

“Bu işlərdən hökumətə nə dəxli var, özləri işləyib pul qazanırlar”



"Ötən həftə Xarici İşlər Nazirinin, Müdafiə Nazirinin, Daxili İşlər Nazirinin gəlib burada hesabat verməsini xahiş etmişdim. Orduda baş verənlərlə bağlı hökumət suallarımıza cavab verməli idi".

Bunu deputat İqbal Ağazadə parlamentdə çıxışı zamanı deyib. İ.Ağazadə bildirib ki, "Sərbəst toplaşmaq azadlığı haqqında" qanununa da əməl edilimir: "Aksiyaların keçirilməsi üçün yerlər ayrılmalıdır. Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edəndə yalnız "20-ci sahə"ni göstərir. BŞİH alternativ yerləri göstəribmi? Razılaşdırılmış aksiyalar üçün niyə xüsusi yerlər ayrılmır?. Bunlara cavab verilməli idi".

Deputat qeyd edib ki, kənd təsərrüfatının inkişafı istiqamətindən ciddi işlər aparılmalıdır: "Kənd təssürafatı ilə məşğul olan insanlara dəstək verilməlidir. Ərzaq təhlükəsizliyi ilə bağlı xeyli problem var. Hesabat yazılanda nədənsə hökumət sahibkarların əldə etdiyi göstəriciləri də oraya daxil edir. Məsələn, özəl sektorda nə qədər mebel və ya metal məhsulları istehsal edilib və s. Əgər hökumət onlara güzəştli kreditlər ayırmırsa, bu işlərdən hökumətə nə dəxli var? Özləri işləyib pul qazanırlar. Bütün bunlara görə hökumətin hesabatını qənaətbəxş hesab etmirəm".

İlkin
AzNews.az