Ketrin Eşton: “ İranla “altılıq” ölkələrinin ekspertləri arasında keçirilən müzakirələr siyasi xarakter daşımayıb” Ketrin Eşton: “ İranla “altılıq” ölkələrinin ekspertləri arasında keçirilən müzakirələr siyasi xarakter daşımayıb”

İranla "altılıq" ölkələrin ekspertləri görüşüblər

Ketrin Eşton: “ İranla “altılıq” ölkələrinin ekspertləri arasında keçirilən müzakirələr siyasi xarakter daşımayıb”


"İranla "altılıq" ölkələrinin ekspertləri arasında Türkiyənin İstanbulda keçirilən müzakirələr siyasi xarakter daşımayıb, yalnız texniki məsələlərlə bağlı təkiflər araşdırılıb".

APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton deyib.

O bildirib ki, "altılıq" ölkələri nümayəndələri İran rəsmiləri ilə Almatıda görüşəcək: " İnanıram ki, bu görüşdə öz təkliflərimizi ətraflı olaraq rəsmi Tehrana təqdim edə biləcəyik. İranın isə bu təklifləri müsbət cavablandıracağına ümid edirəm. Təcrübələr Tehranın nüvə məsələsinin diplomatik yolla həll olunacağını deməyə əsas verir".

Qeyd edək ki, İranla "altılıq" ölkələri arasında növbəti müzakirələr 2013-cü il aprelin 5-də Qazaxıstanın Almatı şəhərində keçiriləcək.

AzNews.az