Artıq bir həftədən çoxdur ki, yəzidi kürd əsilli rusiyalı müğənni Zara Mqoyanın 29 iyulda Bakıda keçirilmiş “Jara-2018” Beynəlxalq Musiqi Festivalında iştirakı böyük müzakirələrə səbəb olub. Artıq bir həftədən çoxdur ki, yəzidi kürd əsilli rusiyalı müğənni Zara Mqoyanın 29 iyulda Bakıda keçirilmiş “Jara-2018” Beynəlxalq Musiqi Festivalında iştirakı böyük müzakirələrə səbəb olub.

“Zaranın Bakıya gəlişi “xalq diplomatiyası” müstəvisində dəyərləndirilməlidir”- Samirə Mustafayeva

Artıq bir həftədən çoxdur ki, yəzidi kürd əsilli rusiyalı müğənni Zara Mqoyanın 29 iyulda Bakıda keçirilmiş “Jara-2018” Beynəlxalq Musiqi Festivalında iştirakı böyük müzakirələrə səbəb olub.

Bu və QHT sektorunda olan digər aktual məsələrlə bağlı “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi birliyinin sədri Samirə Mustafayeva ilə əlaqə saxldıq.

- Samirə xanım, bildiyiniz kimi Zara Azərbaycana gəldi. Sizin buna münasibətiniz necədir?

Bilirsiz, bu xalq diplomatiyasıdır. Biz tolerant ölkəyik və deyə bilmərik ki, Zara gəlməsin. Əslində onun adı Xarici işlər nazirliyinin “qara siyahısı”nda da olmayıb. Zara gəldi və getdi. Onların bura gəlməyini problem etmirik. Əlbəttə, bu gün Qarabağımızın işğal altındadır və ona görə də Zara kimi ermənilərə səhnədən dəstək vermiş müğənnilərin Azərbaycana gəlməsinə səmimi etirazları təbii qəbul etmək olar. Ancaq açıq görünür ki, bu məsələni süni şəkildə körükləyənlər də var.

- Sizin fikrinizcə Azərbaycanı sevməyən qüvvələrin bu məsələni belə şişirtməkdə məqsədləri nədir?

Biz cəmiyyət olaraq çalışıb bu kimi məsələlərdə kənar təsirlərə boyun əyməməliyik. Hər kəsə başa salmalıyıq ki, bu diplomatiyanın bir növüdür və bu müstəvidə biz Zaranın Bakıya gəlişini əksinə yaxşı qarşılamalıyıq. Çünki bu günlərə qədər Zara Ermənistanı tərənnüm edir, onların mesajlarını yayırdısa, bundan sonra Azərbaycana müsbət fikirlər səsləndirəcək.

- QHT sektorunda nə kimi yeniliklər var? Hansı layihələrə rəhbərlik edirsiz?

QHT sahəsində artıq 20 ilə yaxındır ki çalışıram. Yeni layihələrimiz də var. Hal-hazırki layihəmiz Azərbaycan Respublikası prezidenti yanında QHT-lərə maliyyə dəstəyi ilə bağlıdır və artıq yekunlaşmaq üzrədir.

- Yaxşı, bəs, nəticələr nə göstərir? Rəhbərlik etdiyiniz layihələrin nəticəsi necədir?

Son layihəmiz uşaqlara qarşı zorakılıq hallarına qarşı idi. Bildiyiniz üzrə regionlarda bu kimi hallarla daha çox qarşılaşırıq. Həlli istiqamətində biz paytaxtda və regionlarda monitorinqlər apardıq. Maarifləndirici təlimlər və video çarxlar təqdim etdik. Həmçinin kamera arxasında olan danışıqlardan sonra onlar bizə öz ürək sözlərini deyə bildilər. Bu yolla müsbət nəticələr almağımız daha mümkün idi. Çalışıb bu kimi problemləri üzə çıxartmaq lazımdır ki ictimailəşsin və həm cəmiyyət həm də dövlət orqanları tərəfindən yetərli diqqət ayrılsın.

- Bəs, regionlarda olan icra hakimiyyətləri QHT-lərlə əməkdaşlığa necə yanaşır?

Bütün Azərbaycanı deyə bilmərəm, lakin mən getdiyim regionlarda normal qarşılanırıq və bizə dəstək verirlər. Bizə qarşı hər hansı kobudluğa yol verilmir.

- Samirə xanım, bəs, İcra hakimiyyətlərinə qadınların təyin olunması məsələsinə necə yanaşırsız?

Biz əlbəttə istəyirik ki qadınlar hər sahədə və hər vəzifədə yer tutsunlar. Bu çoxluq təşkil etməsə də ən azından yarı-yarıya olmalıdır. Savadlı qadınlarımız var və onlar işləyə bilərlər.

- Bəs, sizə icra hakimiyyətində işləmək üçün təklif gəlibmi?

Əlbəttə, gəlib. Ancaq məsafə məsələsinə görə, təklif məni qane etməyib. Qəbul etsəm, evdən uzaq düşəcəkdim.

Pərvanə Ağazadə