AzNews.az xəbər verir ki, prezident İlham Əliyev Sulavesi adasında baş vermiş təbii fəlakət zamanı çoxsaylı insan tələfatı ilə əlaqədar İndoneziya Respublikasının Prezidenti Coko Vidodoya başsağlığı verib. AzNews.az xəbər verir ki, prezident İlham Əliyev Sulavesi adasında baş vermiş təbii fəlakət zamanı çoxsaylı insan tələfatı ilə əlaqədar İndoneziya Respublikasının Prezidenti Coko Vidodoya başsağlığı verib.

İlham Əliyev İndoneziya Prezidentinə başsağlığı ünvanlayıb

AzNews.az xəbər verir ki, prezident İlham Əliyev Sulavesi adasında baş vermiş təbii fəlakət zamanı çoxsaylı insan tələfatı ilə əlaqədar İndoneziya Respublikasının Prezidenti Coko Vidodoya başsağlığı verib.

Başsağlığında deyilir:

"Hörmətli cənab Prezident,

Sulavesi adasında baş vermiş təbii fəlakətin çoxsaylı insan tələfatı və dağıntılar törətməsi barədə xəbərdən son dərəcə kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İndoneziya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"

AzNews.az