Hava limanında partlayış

Pekinin beynəlxalq hava limanında əlil arabasında olan şəxs əlində saxladığı partlayıcıları işə salıb.

Partlayış nəticəsində onun özü yaralanıb.

Partlayış Çin paytaxtının beynəlxalq hava limanının gəliş zonasında baş verib. Çin mətbuatının verdiyi məlumata görə, incident uçuşlarda heç bir problem yaratmayıb və hadisədən sonra hava limanı normal fəaliyyət göstərməyə davam edib.

Çin rəsmiləri partyışı törədən şəxsin Şi Tzonqsin olduğunu bildiriblər. Onun partlayış nəticəsində aldığı yaralardan müalicə olunduğu deyilir. Qeyri-rəsmi məlumata görə, Tzonqsin yerli rəsmilərlə münaqişə nəticəsində zərər çəkdiyinə görə təzminat almağa çalışıb, lakin onun tələbləri rədd edilib.

Çində vətəndaşlar çox vaxt yerli rəsmilərə qarşı etiraz bildirsə də, Pekində bu kimi insidentlərə tez-tez rast gəlmək mümkün deyil.

AzNews.az