Eldar Namazovun İbrahimbəyovla birgə Moskva səfərinin TƏFƏRRÜATI

Milli Şuranın icra aparatının rəhbəri Eldar Namazov qurumun sədri və vahid namizədi Rüstəm İbrahimbəyovla birlikdə Gürcüstanın paytaxtı Tiflisdən birbaşa Moskvaya uçub.

Bu barədə AzNews.az-a MŞ-in üzvü Eldəniz Quliyev məlumat veriv. O bildirib ki, E.Namazovun Rusiya paytaxtına səfərinin səbəbi onun R.İbrahimbəyovla bir sıra məsələləri ətraflı müzakirə etməkdir.
E.Quliyevin sözlərinə görə, E.Namazovun Moskvadan Avropaya səfər edəcək. MŞ icra aparatı rəhbərinin Avropada bir sıra beynəlxalq qurumlarda görüşlərinin keçirilməsi nəzərdə tutulub. E.Namazovun Avropada konkret harada və kimlərlə görüşəcəyi barədə məlumat verməyən E.Quliyev bununla belə, planlaşdırılan görüşlərin kifayət qədər əhəmiyyətli olduğunu vurğulayıb.

MŞ üzvü deyib ki, E.Namazovun bu görüşlərini yekunlaşdırıb, ölkəyə qayıtmasının ardından Milli Şuranın növbəti sessiyası keçiriləcək. E.Quliyevin sözlərinə görə, E.Namazovun səfəri 3-4 gün çəkəcək və növbəti həftə də MŞ-in sessiyasının keçirilməsi qərarlaşdırılacaq: "Yəqin ki, gələn həftənin sonunda Milli Şuranın növbəti sessiyası baş tutacaq".

Anar