“Zaman göstərir ki, bu proqnozlar düzdür” “Zaman göstərir ki, bu proqnozlar düzdür”

“Milli Şura daxilində böyük gərginlik yaşanır“

“Zaman göstərir ki, bu proqnozlar düzdür”



"Hazırda Milli Şura daxilində olduqca böyük gərginlik yaşanır"


Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

S. Novruzov qeyd edib ki, YAP müxalifətin bu layihəsi ilə bağlı vaxtilə kifayət qədər proqnoz verib: "Zaman göstərir ki, bu proqnozlar düzdür".

YAP funksioneri bildirib ki, Milli Şura rəhbərliyində təmsil olunanlar arasında səmimi münasibət yoxdur: "Artıq qurumun rəhbərliyindəki şəxslər arasında rəqabət gedir. Bu baxımdan Milli Şuranın dağılması labüddür. Ayrı-ayrı partiyalar seçkilərdə öz namizədini irəli sürmək üçün yəqin ki, bu həftənin sonunda toplantılarını keçirəcək".

AzNews.az