Aydın Mirzəzadə: “Seçki başlamamış bayraqlarını yerə qoyurlar”

“Radikal müxalifət cəmiyyətdə qəbul edilmədiyini etiraf edir”




AzNews.az
-ın məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyasının üzvü, deputat Aydın Mirzəzadə deyib. O, AXCP sədri Əli Kərimlinin "o qədər çox olmalıyıq ki, kampaniya dövründə 100 minlərlə ailənin qapısını döyə bilək..." sözlərinə münasibət bildirərkən belə deyib.

A.Mirzəzadə sual edib ki, əgər müxalifət hələ bundan sonra çox çalışmaqla yüz minlərin qapısını döymək istəyirsə, indi sayları nə qədərdir: "Azərbaycanda 5 milyondan çox seçici olduğu halda, radikallar hələ bundan sonra yüz min qapını döymək istəyirlər. Seçki başlamamış nə tez bayraqlarını yerə qoymağa başlayırlar?"


Anar
AzNews.az