AXCP-dən Asəf Quliyevin istefasına reaksiya

"Asəf bəyin partiya sıralarından getməyini təəssüflə qarşılayıram"


Bu sözləri "Qafqazinfo"ya açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı partiya sədrinin digər müavini və Milli Şuranın mitinq Komitəsinin sədri Asəf Quliyevin istefasına münasibət bildirərkən deyib.

O bildirib ki, Asəf Quliyev kifayət qədər əqidəli bir insan idi:

"Bu illər ərzində partiyanın işinin güclənməsində də çox böyük əməyi olub. Düşünmürüəm ki, Asəf bəy partiya sıralarını tərk etməklə əqidəsini mübarizəsini dayandıracaq. Yəqin, öz işində, mövqeyində qalacaq. Ona gələcək fəaliyyətində uğurlar arzulayırıq".

AzNews.az