İqbal Ağazadə şöbə müdirlərindən başladı

Millət vəkili, Ümid Partiyasının sədri İqbal Ağazadə bir neçə sərəncam imzalayıb.


Partiya sədrinin imzaladığı sərəncamlara əsasən, Hüseynov İdris Əhməd oğlu Təşkilat şöbəsinin, Dadaşov Təbriz Söhrab oğlu ümumi şöbənin, Həsənova Mehriban Saleh qızı Seçki və Təbliğat şöbəsinin müdiri və Abbasov Elman Abdulla oğlu Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə təyin edilib.

AzNews.az-a verilən xəbərə görə , Ümid Partiyasının avqustun əvvəlində keçirilən növbəti qurultayından sonra partiyanın nizamnaməsinə uyğun olaraq Rəyasət Heyəti buraxılıb. Qurultaydan dərhal sonra seçkilərə start verilməsi, imza toplama və təbliğat-təşviqat kampaniyasının başlanması səbəbindən sədr müavinlərinin və şöbə müdirlərinin təyinatı seçkidən sonraya saxlanılmışdı.

Yaxın günlərdə sədr müavinlərinin təyinatı ilə bağlı partiya sədrinin yeni sərəncamlar imzalayacağı gözlənilir.

Elman
AzNews.az