- Köhnə - Siyasət
- 4 Noyabr 2013 15:05
- 4 808
Milli Şura funksioneri deputat olmaq istəyir - Açıqlama
"Təşkilata rəhbərlik edəcək şəxslərin biri mütləq Azərbaycanda olmalıdır".
Bunu AzNews.az-a açıqlamasında Demokratik Qüvvələrin Milli Şurasının üzvü, "El" hərəkatının sədr müavini Köçəri Nağıbəyli deyib. O bildirib ki, Demokratik Qüvvələrin Milli Şurasına rəhbərlik edəcək şəxsin müəyyənləşdirilməsi prosesi qısa vaxtda öz həllini tapmalıdır:
"Hamının fikrinə hörmətlə yanaşıram. Amma mən həmsədrlik institutunun yaradılmasının tərəfdarıyam. Əlbəttə, zamanında istək və tələblər fərqli olduğundan, format da başqa cür olmuşdu. Bu gün isə fərqli tələblər diktə olunur".
K. Nağıbəyli onu da qeyd edib ki, Milli Şura gələcək fəaliyyət istiqamətini müəyyənləşdirən zaman parlament seçkilərini də nəzərə almalıdır:
"Fikrimcə, Milli Şura parlament seçkilərində bu qurumdan namizəd olmaq istəyənlərə sərbəstlik verməlidir. Artıq mən öz namizədliyimi irəli sürməyim üçün hazırlıq prosesinə başlamışam. Düşünürəm ki, namizədlər müstəqil qərar verərək seçkiyə qatılacaqlar".
Ramil
AzNews.az