“Belə xırda təxribatlar məni heç zaman siyasətdən bezdirən deyil” “Belə xırda təxribatlar məni heç zaman siyasətdən bezdirən deyil”

““Yeni Müsavat” mənə qarşı kampaniya aparır” – Əvəz Temirxan

“Belə xırda təxribatlar məni heç zaman siyasətdən bezdirən deyil”




Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan bildirib.

Ə. Temirxana deyib ki, siyasətdən getməyilə bağlı heç bir yerə açıqlama verməyib:

""Yeni Müsavat" qəzetindən özümə qarşı yaxşı bir şey gözləmirəm. Bu qəzet mənə qarşı kampaniya aparır. Güman edirəm ki, bu söz-söhbət qəzet tərəfindən uydurulub".

Vəkillik fəaliyyəti ilə bağlı da danışan Ə. Temirxan bu işlə çoxdan məşğul olduğunu deyib:

"Onların nəzərinə çatdırıram ki, bütün kampaniyalara baxmayaraq, bundan sonra siyasi fəaliyyətimi davam etdirəcəyəm".

Xatırladaq ki, mətbuatda ALP sədri Əvəz Temirxanın siyasi fəaliyyətdən uzaqlaşması ilə bağlı məlumat yayılıb. Məlumatda o da bildirilib ki, Ə.Temirxan bundan sonra vəkilliklə məşğul olacaq.

Bahar Rüstəmli
AzNews.az