“Xalq arzusu” bölgələrə gedir



"Xalq arzusu" partiyası bölgələrə səfər edəcək.

Bu barədə AzNews.az-a "Xalq arzusu" hərəkatının təşkilat komitəsinin sədri Asəf Quliyev məlumat verib. Onun sözlərinə görə, hərəkatın rayon səfərləri Novruz bayramından sonra başlayacaq: "Bayramdan sonra rayonlarda yığıncaqlarımız olacaq. Hazırda buna hazırlıq gedir. Hərəkata üzv olmaq üçün müraciət edənlərin sayı çoxdur. Göstərici yaxşıdır".

A.Quliyevin sözlərinə görə, partiya üzv olan hər hansı bir şəxs hərəkata müraciət etsə də, o, üzv kimi qəbul edilməyəcək.

Bahar Rüstəmli
AzNews.az