- Köhnə - Siyasət
- 1 Sentyabr 2012 12:30
- 4 248
Ermənilər Obamaya şikayət məktubu yazdı
AzNews.az-ın armtoday.info saytına istinadən verdiyi xəbərə görə, "Aydat" təşkilatının rəhbəri Kennet Xaçikyan prezident Barak Obamaya məktub ünvanlayıb.
Kennet prezidentə ünvanladığı məktubunda bildirib ki, ABŞ-ın Ramil Səfərovun ekstradisiyası ilə bağlı məsələyə münasibət bildirməməsi regionda sülhə mane olacaq və tərəflər arasında gərginliyin şiddətlənməsinə gətirib çıxaracaq.
Sadiq
AzNews.az