İlham Əliyev Gürcüstana gedir

Azərbaycan Respublikası prezidenti İlham Əliyev Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin dəvəti ilə Gürcüstana səfər edəcək.

Anspress xəbər verir ki, səfər 5-7 may tarixlərinə qədər davam edəcək. Verilən məlumata görə, 6 may tarixində Tiflisdə Türkiyə, Gürcüstan və Azərbaycan prezidentlərinin iştirakı ilə üçtərəfli zirvə toplantısı keçiriləcək.

Həmçinin bu tarixində, türk və gürcü iş adamlarının iştirakı ilə İşgüzar Forumun da keçirilməsi nəzərdə tutulur.

Zirvə toplantısında gündəlik və beynəlxalq məsələlərin müzakirə ediləcəyi gözlənilir.

AzNews.az