Nalbandyan: «Türkiyənin Qarabağ danışıqlarında iştirakı istisna edilir»

"Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllinə müdaxiləsi və ya danışıqlarda iştirakı istisna edilir". Belə bir bəyanatla sentyabrın 4-də İrəvanda keçirilən mətbuat konfransında Ermənistan xarici işlər naziri Edvard Nalbadyan çıxış edib. Erməni xarisi siyasət idarəsinin rəhbəri bildirib ki, Türkiyənin qonşu ölkələrin problemlərinə müdaxiləsi müsbət nəticələr verməyib: "Ermənistan qəti şəkildə Türkiyənin Qarabağ münaqişəsinin həllində iştirak edə bilməyəcəyini elan edib".

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun danışıqların İstanbulda keçirilməsi təklifini bir daha şərh edən Nalbadyan "Bu nə deməkdir? Belə çıxır ki, indiyə qədərki danışıqlar İstanbulda keçirilmədiyinə görə nəticəsiz qalıb?" deyə vurğulayıb.

E.Əlosmanqızı
AzNews.az