Elnarə Abdullayevanın qəzaya düşməsinə səbəb nə olub?

Müğənni Elnarə Abdullayeva bu gün səhər saatlarında Müşfiqabad qəsəbəsində həyat yoldaşı ilə şəxsi avtomobilində qəzaya uğrayıb. Hadisəyə səbəb xanəndənin olduğu avtomobilin qarşısına "KamAZ" markalı maşının çıxması olub.

Müğənninin vəziyyətinin necə olmasını öyrənmək üçün onunla əlaqə saxladıq. O, səhhətində ciddi problemlərin olmadığını söylədi: "Mən də, həyat yoldaşım da yaxşıyıq. Həkimlər bizi müayinə edib evə buraxdı. Amma idarə etdiyim avtomobil ələ gələn deyil. Təki qada-bala maşına gəlsin".

Bahar
AzNews.az