- Köhnə - Siyasət
- 3 Sentyabr 2014 11:48
- 1 931
İlham Əliyev: “Türkiyə-Azərbaycan əlaqələri dostluq, qardaşlıq əlaqələridir“

Prezident İlham Əliyev bildirib: "Biz çox şadıq ki, andiçmə mərasimindən bir neçə gün sonra siz Azərbaycana rəsmi səfər edirsiniz. Bu, bir daha onu göstərir ki, Türkiyə-Azərbaycan əlaqələri dostluq, qardaşlıq əlaqələridir və bu əlaqələr ən yüksək pillədədir. Bu gün təkbətək görüşümüzdə əlaqələrimizin müxtəlif istiqamətlərini müzakirə etdik, həm ikitərəfli, həm beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi apardıq. Bir daha görürük ki, bizim birliyimiz günü-gündən güclənir. Bütün məsələlərlə bağlı bizim fikrimiz eynidir və bir amalımız var ki, Türkiyə-Azərbaycan dostluq, qardaşlıq əlaqələrini biz uğurla inkişaf etdirək. Əminəm ki, bu səfər bu istiqamətdə atılan önəmli addım olacaqdır".
AzNews.az