Müzakirə mövzusu Suriya olub Müzakirə mövzusu Suriya olub

Misir, İran və Türkiyənin XİN rəhbərləri Qahirədə görüşdü

Müzakirə mövzusu Suriya olub



Misir, İran və Türkiyə Xarici İşlər Nazirləri Qahirə şəhərində bir araya gəliblər. AzNews.az-ın iran.ru saytına istinadən verdiyi xəbərə görə, XİN rəhbərləri Suriya ətrafında yaranmış vəziyyəti müzakirə ediblər. Bununla belə, hər hansı yekun qərarın qəbul olunmadığı deyilir. Nazirlər özləri də görüşdən sonra keçirdikləri mətbuat konfransında böhrandan çıxış yolu tapmaqda çətinlik çəkdiklərini etiraf ediblər.

Misir XİN rəhbəri Məhəmməd Kamil bildirib ki, onlar böhrandan çıxış yollarını müzakirə ediblər və görüşləri davam etdirmək niyyətindədirlər. Bununla belə o, problemin həlli ilə bağlı nikbin olmadığını deyib və bildirib ki, nikbinlik üçün hələ ki, əsaslı səbəb yoxdur.

İranın Xarici İşlər naziri Əli Əkbər Salehi də Misirli həmkarının qənaətlərini bölüşüb və bildirib ki, Suriya probleminin həlli milli barışıqdadır. Bundan əlavə, Salehi Əsəd hökumətini xalqla dialoqa çağırıb.

Sadiq
AzNews.az