Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

Türkiyə və Serbiya liderləri İlham Əliyevi təbrik etdilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.



Rəcəb Tayyib Ərdoğanın məktubunda deyilir:

"Cənab Prezident, əziz qardaşım, Sizi doğum gününüz münasibətilə millətim adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Liderliyiniz sayəsində Azərbaycan gələcəyə inamla baxan güclü və çiçəklənən ölkə olmaq yolunda sürətlə irəliləməkdədir. Azərbaycanın artan iqtisadi və siyasi gücü ilə Qafqazın yüksələn ulduzuna çevrilməsini böyük məmnunluqla müşahidə edirəm.

Bu prosesdə gücünü xalqlarımız arasındakı qədim qardaşlıq ənənələrindən alan Türkiyə-Azərbaycan əlaqələri bölgəmizdə bənzərsiz sabitləşdirici amilə çevrilib.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizi 2015-ci il yanvarın 15-də ölkəmizdə qonaq qəbul etməkdən böyük şərəf duyacağımı bildirmək istəyirəm. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının səfəriniz çərçivəsində keçirəcəyimiz dördüncü iclası əlaqələrimizi daha da irəli aparacaq. Bu münasibətlə Zati-aliləri əziz qardaşıma doğum günü münasibətilə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, dost və qardaş Azərbaycan xalqının əmin-amanlığının və rifahının davamlı olması üçün ən xoş arzularımı çatdırıram".

Azərbaycanın dövlət başçısını həmçinin Serbiya prezidenti Tomislav Nikoliç təbrik edib. T. Nikoliçin məktubunda deyilir: "Zati-aliləri, Sizə doğum gününüz münasibətilə səmimi təbriklərimi və arzularımı çatdırmaqdan böyük şərəf duyuram. Sizə cansağlığı, xoşbəxtlik və Azərbaycan xalqının rifahı naminə gördüyünüz bütün işlərinizdə uğurlar arzulayıram. Xalqlarımızın dostluq əlaqələrinə söykənən və ölkələrimizin maraqlarının inkişafına əsaslanan Serbiya ilə Azərbaycan arasındakı strateji əməkdaşlıq və əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyinə inanıram. Hələ də ölkənizə səfərimin xoş təəssüratları ilə yaşayıram. Sizi ən yaxın dostlara göstərilən qonaqpərvərliklə qarşılamaq üçün mənə imkan yaradacağınıza ümid edirəm. Hörmətli cənab Prezident, bu xoş fürsətdən istifadə edərək, Sizə bir daha öz dərin ehtiramımı bildirirəm".