Öcalan: “15 min silah hazırlayın”

Terror təşkilatı olan PKK-nını lideri Abdullah Öcalan Suriya kürdlərinə müraciət edib. "Financial Times" qəzetinin yazdığına görə, mesajı vəkili vasitəsilə göndərən Öcalan kürdləri Əsadi müdafiə etməməyə çağırıb. Kürdlərin yaşadıqları bölgəni qorumaq üçün 15 min silah hazırlamağa çağıran Öcalan bütün gənclərin hərbi hazırlığa cəlb edilməsinin vacibliyini vurğulayıb.

Elnarə Əlosmanqızı
AzNews.az