Elşad Abdullayev bu dəfə DİN-i "vurdu"

DIN-in 7-ci şöbəsinin əməkdaşı Mahir Abdullayev barədə nələri deyib?



Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin əlində olan sensasion videokadrlardan növbətisi redaksiyamıza daxil olub.

Azadliq.az saytının məlumatına görə, həmin videoda sabiq rektorla Daxili Işlər Nazirliyinin (DIN) 7-ci şöbəsinin əməkdaşlarından birinin söhbəti əks olunur. Elşad Abdullayevlə DIN əməkdaşının söbətinin mövzusu qardaşı Mahir Abdullayevin oğurlanması barədədir. 7-ci şöbənin əməkdaşı sabiq rektora bildirir ki, eşitdiyinə görə, Mahir Abdullayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində saxlanılır. O, bunu 7-ci şöbənin rəisindən eşitdiyini deyir.

Elşad Abdullayevlə DIN əməkdaşının söhbətindən belə aydın olur ki, onlar bu məsələ ilə bağlı bundan əvvəl də görüşüblər. DIN-in əməkdaşı həmin görüşdə də bu məsələni sabiq rektorun diqqətinə çatdırıb. Görünür, Elşad Abdullayev DIN əməkdaşının söylədiklərini lentə almaq üçün onunla yenidən otağında görüşüb. Videoda həmçinin DIN-in məxfi şöbəsinə hansı yolla işə düzəlmək barədə maraqlı faktlar açıqlanır.

Hazırda vidomaterial "Azadlıq"ın saytına yerləşdirilməsi üçün hazırlanır. Həmçinin videoda əks olunan söhbətin qəzet üçün stenoqramı hazırlanır.

AzNews.az