- Köhnə - Siyasət
- 2 İyul 2015 08:39
- 4 124
Gizli yazışmalar: Klinton Davudoğluna “Davu“ deyir

ABŞ Dövlət Departamenti sabiq dövlət katibi Hillari Klintonun heç vaxt paylaşılmayan elektron məktublarını açıqlayıb.
AzNews.az ans press-ə istinadən xəbər verir ki, məktublarda daha çox Klintonun xarici ölkə liderləri və bir sıra nüfuzlu şəxslərlə yazışmaları yer alıb.
E-poçtlarda bəzi maraqlı detallar da göstərilib. 2009-cu ilin 20 sentyabrında Klinton köməkçisinə "Saraya zəng elə və ondan mənə buzlu çay gətirib-gətirməyəcəyini soruş" yazıb.
Sabiq dövlət katibinin elektron məktublarında ən diqqət çəkətn məqam isə Türkiyənin sabir xarici işlər və baş naziri Əhməd Davudoğluna müraciətidir. 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında imzalanan protokoldan əvvəl Klintonun yazışmaları da açıqlanıb.
O dönəmdə bövlət katibinin müavini olan Filip Gordonun göndərdiyi bir e-mail-də o dövrdə Türkiyənin xarici işlər naziri vəzifəsində çalışan Əhməd Davudoğluna bunları yazıb: "Ermənistan tərəfi razı olsa, açıqlama sabah veriləcək".
Klintonun da Davoudoğlu ilə yazışmaları yayımlanıb. Yazışmalarda Klinton Davudoğluna hər müraciətində "Davu" deyə çağırır.
Bu noktada Clinton`ın taraflarla telefon görüşmesi yapması noktasında birçok yazışmalarının olduğu da görüldü.
Hillari Klintonun yalnız 2012-ci ilin may ayında 300-dən çox elektron məktubu yayımlanmışdı.