Almaniya hökuməti Ermənistanı İŞĞALÇI adlandırdı

Almaniya hökuməti hazırladığı hesabatda açıq şəkildə Ermənistanı işğalçı dövlət adlandırıb.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı "Vestikavkaza" saytı yayıb.

Hesabatda deyilir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında, o cümlədən Dağlıq Qarabağda beynəlxalq hüquq normalarına məhəl qoymayaraq insan hüquqlarını pozub:
"100 minlərlə azərbaycanlı öz dədə-baba yurdundan didərgin düşüb və bu gün də o torpaqlara geri qayıda bilmirlər".

Almaniyanın Xarici İşlər Nazirliyi erməni tərəfinin "Qarabağ dövlətçiliyi" haqda yaydığı mifə bir daha inanmadığını vurğulayıb: "Rəsmi Berlin bəyan edir ki, işğal edilən ərazilərdə insan hüquqları marionetka rejim olan "NKR" tərəfindən deyil, birbaşa Ermənistan tərəfindən pozulub".

Qeyd edək ki, bu ifadənin özü bir daha onu göstərir ki, Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun işğalını Ermənistan həyata keçirib.