Azərbaycanın qadın naziri: “Vasif Talıbov xanımlara yol açır” (FOTO)

“Cənab prezidentə və Vasif Talıbova mənə göstərdikləri bu böyük etimada görə dərindən təşəkkür edirəm. Onların etimadını doğrultmağa çalışacağam”.


AzNews.az xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında Naxçıvanın qadın naziri Natəvan Qədimova deyib.

Naçıvan Muxtar Respublikasının mədniyyət və turizm naziri təyin olunan N. Qədimova təəssüratlarını bölüşüb.

"Mədəniyyət və turizm sahəsi çox geniş və əhatəli bir sahədir. Bu gün bu sahəyə ölkəmizdə çox böyük diqqət göstərilir. Muzeylərimiz, kitabxanalarımız və mədəniyyət ocalarımız qorunub saxlanılır. Məktəblərimiz, tamaşa salonlarımız yenidən qurulur. Bütün bu işlər dövlət başçı İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilir. Ölkə rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Ona görə də bu gün Azərbaycan mədəniyyəti bütün dünyada məşhurdur. Muğamımız UNESCO-nun tərəfindən qorunur".

"İlk qadın naziri olmaq mənim üçün çox məsuliyyətli bir işdir"-deyə bildirən N. Qədimova nazir kimi məsuliyyətin nə olduğunu dərk etdiyini qeyd edib.

"Mədəniyyət demək olar ki, xalqın üzüdür. Mədəniyyət xalqı dünyada tanıdan bir sahədir. Çalışacağam ki, bu məsul vəzifəsini layiqincə icra edim".

Sonda isə Azərbaycanın qadın naziri qeyd edib ki, Naxçıvan Ali Məclisinin səri Vasif Talıbov çox uzaq görən və uğurlu siyasət həyata keçirir: "O bir sədr kimi öz bacarığını, istedad və dünya görüşünü bütün sahələrdə artıq sübut edib. Bu gün sədrimiz xanımlara çox dəstək olur, onlara yol açır. O xanımların cəmiyyətdəki rolunun vacibliyini bir daha hər kəsə nümayiş etdirdi. Bugünki gün sədrimizin mədəniyyət sahəsini mənə, bir xanıma həvalə etməsi, əlbəttdə ki, onun böyüklüyüdür, uzaq görən siyasətinin nəticəsidir. Bu, tək mənim çiyinlərimdə olan bir iş deyil. Bu, bütün Azərbaycanın tarixi, mədəniyyəti üçün çox əhəmiyyəti olan bir işdir. Bir daha hər kəsə öz təşəkkürümü bildirirəm".

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisi sədri Vasif Talıbov Natəvan Qədimovanın Naxçıvan MR-in mədəniyyət və turizm naziri təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Natəvan Tofiq qızı Qədimova Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri təyin edilib.

N.Qədimova indiyədək Naxçıvan MR mədəniyyət və turizm nazirinin müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, bundan əvvəl Naxçıvan MR-də mədəniyyət və turizm naziri vəzifəsini Sarvan İbrahimov tutub. O, keçən ay vəzifəsindən azad edilib.